Qubada tələbə qəfil dünyasını dəyişib.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi 19 yaşlı Ləman Osmanova dünən yaşadığı evdə ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
