EN

Türkiyə üçün qorxulu zəlzələ XƏBƏRDARLIĞI

Noyabrın 15-də saat 12.02-də Türkiyə - Rizədə 4,7 bal gücündə zəlzələ yerin 12,85 kilometr dərinliyində baş verib.

News24.az NTV-yə istinadən xəbər verir ki, Prof. Dr. Həsən Sözbilir ətraf rayon və vilayətlərdə də hiss edilən zəlzələ ilə bağlı qiymətləndirmələr aparıb.

Professor Şərqi Qara dəniz bölgəsində zəlzələ təhlükəsinin bilinəndən daha yüksək olduğunu ifadə edib. Mütəxəssis bölgənin yenidən qiymətləndirilməsinin vacibliyini vurğulayaraq Şərqi Qara dəniz bölgəsindəki bəzi qırılmaların potensial aktiv qırılmalar kimi qiymətləndirilə biləcəyini bildirib.

Onu da bildirək ki, hazırlanan Zəlzələ Bölgələri Xəritəsində dördüncü dərəcəli zəlzələ bölgəsi olaraq qeyd edilib.

Günel Məlikzadə

Chosen
10
news24.az

1Sources