EN

Azərbaycan klubu üç basketbolçu ilə yollarını ayırıb

“Sumqayıt” komandası üç basketbolçu ilə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, “kimyaçılar” Andrey Moteyunas, Ceylon Klark və Akim Klarkla vidalaşıb.

Hər üç oyunçu mövsümün əvvəlində komandaya transfer olunmuşdu.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında B qrupunda yer alan “Sumqayıt” 3 xalla sonuncu – 6-cı yerdə qərarlaşıb.

Chosen
11
1
yeniazerbaycan.com

2Sources