EN

QANLI OLAY: Pivə qutusu ilə millinin baş məşqçisinin başını yardılar - VİDEO

Tribunadan atılan pivə qutusu Meksika millisinin baş məşqçisi Xavyer Aqirrenin başına xəsarət yetirib.

Sportinfo.az xəbər verir ki, insident Honduras komandası ilə KONKAKAF Millətlər Liqasının 1/4 final oyununda (0:2) baş verib.

“Heç nə, bu futboldur. Honduras qalib gəlməyə layiq idi, bəzi məqamlarda bizdən üstün idilər, onları təbrik etməkdən və komandamın ruhunu yüksəltməyə çalışmaqdan başqa çarəm yoxdur.

Başqa bir şey isə odur ki, bu hadisəni xatırlamağın belə mənası yoxdur, çünki bu, futboldur və mən şikayət edənlərdən deyiləm”, - Aqirre deyib.

eksikanın futbol federasiyası daha sonra Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasından (CONCACAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməsini tələb edib.

Chosen
67
sportinfo.az

1Sources