EN

Nkunku "Çelsi"də qalacaq

"Çelsi"nin hücumçusu Kristofer Nkunku "Mançester Yunayted"ə keçməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" “Football Insider”ə istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi Nkunkunu rəqibinə buraxmaq fikrində deyil.

Yayılan məlumatlara görə, "mavilər"in baş məşqçisi Enzo Mareska Nkunkunun əsas oyunçu olmamasına baxmayaraq, onu klubda saxlamaq istəyir.

Bu mövsüm 27 yaşlı fransız bütün turnirlər daxil olmaqla 17 matçda iştirak edib, 10 qol vurub və bir məhsuldar ötürmə edib.

Nkunkunun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

Chosen
19
operativmm.az

1Sources