EN

Tramp ona da vəzifə verəcək - FOTO

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Federal Rabitə Komissiyasının (FCC) sədri vəzifəsinə hazırkı respublikaçı Brendan Karrın namizədliyini irəli sürdüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp Karrın FCC-dəki uzun keçmişini və onun bu vəzifəyə uyğun namizəd olduğunu vurğulayıb.

O xatırladıb ki, Karr bundan əvvəl üç dəfə Senatdan yekdil razılıq alıb. O, 2017-ci ildə FCC üzvlüyünə namizədliyini irəli sürdüyü Karrın uğurlu işlərə imza atdığını və bu sahədə yenidən ona etibar etdiyini bildirib.

Karrın İlon Maskın genişzolaqlı internet provayderləri almaq cəhdlərinə müsbət yanaşdığı iddia edilir. Mask Trampa yaxınlığı ilə tanınan bir iş adamı olduğu üçün bu vəziyyətlə bağlı tənqidi fikirlər səsləndirilib.

Chosen
17
publika.az

1Sources