EN

Azərbaycan daha bir beynəlxalq missiyanı həyata keçirdi- ÖZƏL

"Bəşəriyyəti təhdid edən iqlim dəyişikliyi sözsüz ki, bütün dünyanı narahat edir. Azərbaycanda reallaşan COP29-un da əsas məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltmək oldu". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası əsasında keçirilən COP növbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir çox ölkəsində təşkil edilib. Azərbaycanın humanizmliyi, üzərinə düşən beynəlxalq əhəmiyyətli missiyaları uğurla həyata keçirməsi COP29-u Bakıda reallığa çevirdi. Öz növbəsində belə dünya əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə marağını artırır.
Onu da xüsusi ilə qeyd etmək yerinə düşər ki, COP29-un həyata keçirildiyi ölkələrin namizədləri sırasında Azərbaycanla yanaşı, Bolqarıstan və Ermənistan da var idi. Bu ölkələr arasından Azərbaycanın seçilməsi müstəqil dövlətimizin dünyada olan nüfuzundan xəbər verir. Sözsüz ki, irimiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etmək missiyasını üzərinə götürən Azərbaycanın bu sahədə zəngin təcrübəsi var. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq hədəfidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
olaylar.az

1Sources