EN

COP29-un yekunları üzrə yaxşı nəticələr gözləyirik

İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra COP29-da həftənin sonuna qədər müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bildirib. SİA xəbər verir ki, V.Hukstra bunu COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"İnanıram ki, mürəkkəb geosiyasi kontekstə baxmayaraq, bu həftənin sonuna qədər yaxşı nəticə əldə edə bilərik və etməliyik", - Avropa Komissarı bildirib.

Onun sözlərinə görə, hələ qlobal istiləşmənin 1,5 dərəcə səviyyəsində məhdudlaşdırılması hədəfinə çatmamışıq: "Texniki cəhətdən bunu edə bilərik. Beləliklə, bu o deməkdir ki, qarşılaşdığımız problem həqiqətən siyasidir".

Avropa Komissarı, həmçinin COP29 komandasını tərəflərə müraciət etməyə çağırıb, çünki onlar NCQG mətnlərini təqdim etməlidirlər: "Həmişə olduğu kimi, həmsədrlərin üzərinə bu sənədin hazırlanması üçün aydın və ağır məsuliyyət düşür. Bu, həqiqətən tərəflərin konfransıdır və nazirlər işə hazırdırlar".

Chosen
7
11
sia.az

10Sources