EN

Məşhur aktyor İstanbulda filmə çəkilir

"Həvəskar" filminin səhnələri gündəm olub

 Oskar mükafatlı aktyor Rami Malekin baş rolda çəkildiyi "Həvəskar" adlı casus triller filminin ilk treyleri yayımlanıb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, filmdə İstanbulun tarixi rayonlarından görüntülər yer alıb.
Türkiyə ilə yanaşı Cənubi İngiltərə və Fransada da çəkilən filmin treyleri qısa zamanda gündəmdə olub.


Rejissoru James Haves olan film, Londonda terror aktı zamanı həyat yoldaşı öldürülən CIA kodunu sındıran Çarli Heller haqqındadır.
Maraqla gözlənilən filmin heyətində Laurence Fishburne, Rachel Brosnahan, Caitriona Balfe, Jon Bernthal, Michael Stuhlbarg, Holt McCallany kimi adlar var.
"Həvəskar"  11 aprel 2025-ci ildə viziona daxil olacaq.
Amerikalı aktyor Rami Malek “Bohemian Rhapsody” filmindəki performansına görə 2019-cu ilin “Oskar”ında “Ən yaxşı aktyor” mükafatını qazanıb.


Chosen
18
sherg.az

1Sources