EN

Hərbi tarixdə ilk: Qadın batalyonu qonşu ölkəyə yeridildi

İsrailin hərbi tarixində ilk dəfə olaraq qadın döyüşçülər əməliyyat missiyası çərçivəsində Livana daxil olublar.

Teleqraf.com xəbər verir ki, İsrailin Şimal Komandanlığının rəisi general-mayor Ori Qordin bir neçə həftə əvvəl Livanın cənubunda döyüş kəşfiyyatı batalyonundan bir komandanın yerləşdirilməsini təsdiqləyib.

“Yerusəlim Post” yazır ki, müharibə başlayandan bəri qadınlardan ibarət döyüş kəşfiyyatı qrupu Suriya sərhədi yaxınlığında və Dov dağı bölgəsində yerləşdirilib.

“Onların vəzifələrinə kəşfiyyat məlumatlarının toplanması, terrorçuların yerlərinin müəyyən edilməsi, hədəf siyahılarının hazırlanması, təhdidlərin zərərsizləşdirilməsi və terror infrastrukturunun dağıdılması üçün quru və hava qüvvələrindən atəşin istiqamətləndirilməsi daxildir”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
19
teleqraf.com

1Sources