EN

BTC ilə tranzit neftin nəqli 5%-ə yaxın artıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 32 127,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 24 180,3 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,9% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5%-i və ya 19 704,9 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5%-i və ya 4 475,4 min tonunu (4,8% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.

Chosen
14
3
apa.az

4Sources