İtaliya millisinin baş məşqçisi Luçano Spaletti UEFA Millətlər Liqasında Fransaya məğlub olduqları oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti bu haqda məlumat yayıb. Təcrübəli mütəxəssis 1:3 hesablı uduzduqları matçın ardından bunları söyləyib:
“Elə ilk dəqiqələrdən dəsti-xətti əldən verdik. Sakitliyimizi qoruya bilmədik və çox enerji sərf etdik. Hesabı 1:2-yə çatdıran qolu vurduqdan sonra ooyunu xilas edə biləcəyimiz görünürdü, amma sonra yenə qol buraxdıq. Başqa vaxtlarda olduğu kimi oynaya bilmədik".