Ev dustaqlığı ilə cəzalandırılan Serdar Ortaç paylaşımı ilə diqqət çəkib.
News365.az ntv-yə istinadla xəbər verir ki, məşhur türkiyəli aparıcı Mehmet Ali Erbille birlikdə saxlanılan Serdar Ortaç dondurduğu İnstaqram hesabını bərpa edib.
Onun bərpadan sonra ilk paylaşımı arxiv fotosu olub. O, ilk avtomobilinin fotosunu izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Serdar Ortaç və Mehmet Ali Erbil sosial mediada qanunsuz mərc oyunlarına təşviq etmə maddəsi ilə saxlanılıb. Jurnalistlərin suallarını cavablandıran Mehmet Ali deyib ki, onlar tələyə düşüblər:
"Qanunsuz mərc oyunlarının əleyhinə olduğumu sosial şəbəkədə dəfələrlə demişəm. Açılış üçün Maltaya getdik və Serdar Ortaçla özümüzü belə bir mühitdə gördük. Dedilər ki, siz xəstələrə kömək edəcəksiniz, biz orada MS xəstələrinə, xərçəng xəstələrinə kömək etməyə çalışdıq. Amma məsələni başqa yerə apardılar. Belə bir məsələnin içində olduğum üçün çox peşmanam". Onlar Serdar Ortaç da eyni səbəbdən hakim qarşısına çıxarılıb və ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.