EN

Bu onillikdə qlobal emissiyaların yarıya qədər azaldılmasından hələ də uzağıq - Saymon Stil

Bakı. Trend:

Biz hələ də bu onillikdə qlobal emissiyaların yarıya qədərazaldılmasından çox uzağıq.

Trend xəbər verir ki, bubarədə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının(UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində keçirilənmətbuat konfransında bildirib.

"Xüsusilə karbon bazarlarında əldə olunan əhəmiyyətliirəliləyişləri görmək sevindiricidir. Əvvəlki konfranslarda əldəolunmayan nəticələrə nail olunub. Lakin görüləsi işlər hələ çoxdurvə mən rahatlaşmaq niyyətində deyiləm. Problemlər hələ də qalır", -deyə S.Stil vurğulayıb.

O qeyd edib ki, COP29-da əldə olunan irəliləyiş böyük əhəmiyyətkəsb edir və konfransın son həftəsində ölkələrə iş tempinisürətləndirməkdə kömək etmək vacibdir.

"Biz həmçinin G20 ölkələrindən olan Böyük Britaniya vəBraziliyadan güclü siqnallar alırıq. Onlar iqlim tədbirlərinigücləndirmək üçün öz planlarını təqdim etdilər. Onlar bunu etməkdəolduqlarını, çünki bunun onların iqtisadi maraqlarına tam uyğunolduğunu açıq şəkildə bəyan edirlər", - deyə o əlavə edib.

O, həmçinin bu il Paris Sazişi çərçivəsində təqdim olunmalı olanyeni Ikiillik Şəffaflıq Hesabatlarının əhəmiyyətini vurğulayıb. Buhesabatlar hökumətlər üçün daha effektiv iqlim siyasətlərininyaradılmasında əsas rol oynayır. Bəzi hesabatlar artıq təqdimedilib, digərləri isə tezliklə gələcək.

Bununla belə, S.Stil qeyd edib ki, COP29-un uğurlu olması üçündaha çox səy göstərilməlidir.

"Tərəflər kompromisə daha sürətli addımlarla yaxınlaşmalıdır.Bu, xüsusilə yeni iqlim maliyyələşdirmə mexanizmi üzrə aparılandanışıqlara aiddir. Mən çox açıq danışmışam — iqlim maliyyələşməsixeyriyyəçilik deyil. Bu, hər bir millətin öz iqtisadiyyatlarını vəinsanlarını dağıdıcı iqlim təsirlərindən qorumaq üçün maraqlarınatam uyğundur", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
31
3
az.trend.az

4Sources