Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, hadisə Kijəbə qəsəbəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Akif Ramazanovun su hövzəsində balıq ovlamaq üçün atdığı qırmaq yüksək gərginlikli elektrik xəttlərinə toxunub və o, cərəyan vurmasından ölüb.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.