EN

Qurbanov Hindistan klubuna “yox” dedi

Azərbaycanlı məşqçi Sənan Qurbanov Hindistan klubunun baş məşqçi təklifini qəbul etməyib.

Axar.az Sport24.az-a istinadən xəbər verir ki, Roman Qriqorçukun gedişindən sonra “Neftçi”nin əsas komandasından ayrılan Sənan Qurbanova Hindistanın yüksək Liqasında çıxış edən klubdan təklif gəlib.

Hazırda yerli çempionatda 13-cü yerdə gedən “East Benqal”ın rəhbərliyi Qurbanovu baş məşqçi postuna dəvət etsə də, 44 yaşlı mütəxəssis qarşı tərəfə “yox” cavabı verib.

Qeyd edək ki, “East Benqal” ölkəsinin aparıcı klublarından biri hesab olunur, komandanın 7 üzvü Hindistan millisinin şərəfini qoruyur.

Chosen
14
3
axar.az

4Sources