EN

Bakının Baş Planı bu tarixdə ictimaiyyətə təqdim olunacaq - RƏSMİ

"Bakının Baş Planının yenilənməsi və ictimaiyyətin məlumatlandırılması istiqamətində işlər davam edir".

Paralel.az xəbər verir ki, bunu COP29-da İnkluziv və yaşıl şəhər inkişafı üçün şəhər və ərazi planlaşdırması tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.

O, bildirib ki, Bakı şəhərinin əvvəlki baş planının sovet dövründə, səksəninci illərdə qəbul olunması səbəbindən, bir çox insan hazırkı yeniliklərin mahiyyəti barədə kifayət qədər məlumatlı deyil:

"Bu məqsədlə hökumət və müxtəlif dövlət qurumları, siyasi partiyalar, eləcə də özəl sektorun nümayəndələri və ictimai ekspertlər prosesə cəlb edilib".
O, bildirib ki, Prosesin əsas məqsədi, ictimaiyyətin və ekspertlərin təklif və ideyalarına əsaslanaraq Baş Planın aktual məsələlərini və ehtiyaclarını nəzərə almaqdır:

"Bu istiqamətdə ildə bir neçə dəfə keçirilən tədbirlər, konfranslar və ictimai dinləmələr vasitəsilə toplanan məlumatlar əsasında növbəti mərhələlərdə baş plana düzəlişlər ediləcək. Hökumət nümayəndələri bildirirlər ki, toplanan təkliflər əsasında yeni dövrə uyğunlaşan baş planın hazırlanması əsas prioritetdir. Toplanan məlumatlar əsasında yaxın bir-iki il ərzində geniş ictimai dinləmələr təşkil ediləcək. Bu dinləmələrdə toplanan məlumatların analiz edilməsi və baş plana düzəlişlərin edilməsi gözlənilir. Nəticədə, Baş Planın təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunacaq".

Chosen
24
17
paralel.az

10Sources