EN

Zidan futbolçu karyerasında ən çətin rəqibinin adını çəkdi

Fransa futbolunun əfsanəsi, keçmiş yarımmüdafiəçi Zinəddin Zidan peşəkar futbolçu karyerasında ən çətin rəqibinin adını çəkib.

Arena.az “Give me Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Karyeramdakı ən çətin rəqibim kimdir? Bu, “Mançester Yunayted”dən Pol Skoulzdur. O, mükəmməl yarımmüdafiəçidir. Skoulz, şübhəsiz ki, öz nəslinin ən yaxşı yarımmüdafiəçisidir”, deyə veteran futbolçu məmnunluqla bildirib.

Xatırladaq ki, daha əvvəl Zidan İngiltərə Premyer Liqasının əfsanələri, ingilis keçmiş yarımmüdafiəçilər – “Liverpul”dan Stiven Cerrard və “Çelsi”dən Frenk Lempard arasında ən yaxşı oyunçunu seçmişdi. Zizu seçimini “Çelsi”nin əfsanəsi üzərində saxlamışdı.

Futbolçu karyerasını başa vurmuş Zidan “Real”ın sükanı arxasına keçərək, məşqçilik fəaliyyətinə başlayıb.

“Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Real”la tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zidan yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.

Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zizu bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Fransalı mütəxssis 2021-ci ilin yayında “Real”ı tərk edən bəri, işsizdir.

Chosen
18
arena.az

1Sources