EN

İtaliya silahları ilə bağlı Ukraynaya QADAĞA QOYDU

İtaliya Ukraynanın Rusiya ərazisində İtalya silahlarının istifadəsinə icazə verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Bildirilib ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani Avropa İttifaqının (Aİ) Brüssel sammiti çərçivəsində bu mövqeyi təsdiqləyib: “Ukraynanın silah tətbiqi ilə bağlı mövqeyimiz dəyişmir. O, yalnız Ukrayna ərazisində istifadə edilə bilər”.

Tajani həmçinin əlavə edib ki, o, Rusiya Federasiyası, Çin, Hindistan və Braziliyanın iştirakı ilə sülh konfransının keçirilməsini dəstəkləyir: “Ümid edirəm ki, Pekin Moskvaya bu axmaq müharibəni dayandırmalı olduğunu başa düşməkdə kömək edəcək”.

Bizim.Media

Chosen
41
bizim.media

1Sources