EN

Türkəçarə vasitələrlə diş ağrısını azaltmaq olar...

Diş ağrısından əziyyət çəkən insanların bir qismi diş həkiminə getməyə qorxur.

Həmin insanlar müxtəlif vasitələrlə diş ağrısını kəsməyə çalışır.

Hit.az xəbər verir ki, diş ağrısını aradan qaldırmaq üçün ağızı duzlu məhlulla yaxalamaq məsləhətdir. 

Bir stəkan isti suda bir çay qaşığı duzu həll edin. Ağrı çox şiddətlidirsə, təsirini artırmaq üçün bir az soda və bir neçə damcı yod da əlavə edin.

Diş ağrısını aradan qaldırmağın qeyri-adi yollarından biri qərənfildir. 

Dilin üstünə bir neçə qönçə qoymaqla və ya ağrılı yerə tətbiq etməklə ağrını yüngülləşdirmək olar.

Ağrıyan diş bölgəsinə soyuq buz kompresi tətbiq etmək və ya soyuq su ilə yumaq ağrıları müvəqqəti yüngülləşdirə bilər.

Diş ağrısı gecə yaranarsa, yatarkən hündür yastıqdan istifadə etmək lazımdır.

Spirtli içki ilə diş yaxalanarsa ,ağrı tezliklə azalar.

Sevinc

Chosen
76
41
hit.az

10Sources