EN

Tramp andiçmədən sonra fövqəladə vəziyyət elan edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra miqrantlarla mübarizə məqsədilə ABŞ-da fövqəladə vəziyyət elan edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Newsweek" yazıb.

“Donald Tramp miqrantların kütləvi deportasiyası siyasətinin bir hissəsi kimi “milli fövqəladə vəziyyət” planı ilə bağlı çağırışları dəstəkləyib”, - deyə nəşr yazır.

Portalın məlumatına görə, Tramp bu addımı ABŞ-yə qanunsuz daxil olmuş əcnəbi cinayətkarların deportasiyasını həyata keçirmək üçün hərbi resurslardan istifadə edilməsini təmin etmək üçün nəzərdən keçirir.

Tramp bundan əvvəl Latın Amerikası ölkəsi miqrant axını və narkotik ticarətini cilovlamasa, qeyri-qanuni mühacirlərin kütləvi surətdə deportasiyası və Meksikanın ABŞ-yə ixracına 25-100% rüsum tətbiq ediləcəyi ilə hədələyib.

Chosen
22
50
unikal.az

10Sources