EN

ÜST-nin regional direktoru: Azərbaycan COP29-dan səmərəli faydalanaraq enerji keçidinə doğru irəliləyir

Azərbaycanı COP29 konfransına sədrlik etməsi münasibətilə təbrik edirəm. Konfrans uğurla öz işinə davam edir.

Oxuməni.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugen söyləyib. COP29-u fərqləndirən əsas cəhətdən danışan Hans Henri Klugen bildirib ki, son beş konfransa sədrlik edən ölkələr səhiyyəni gündəmin əsas mövzuları sırasında saxlamaq istiqamətində birgə səylər göstərirlər.

"Azərbaycan COP29 konfransından səmərəli faydalanaraq enerji keçidinə doğru irəliləyir. Ölkənin "ağıllı kənd" konsepsiyasından istifadə etməsi bunun bariz nümunəsidir",- deyə ÜST-nin Avropa üzrə regional direktoru əlavə edib.

Oxuməni.az

Chosen
21
1
oxumeni.az

2Sources