EN

Polis sərxoş şəxsi güllələdi

Fransanın Val-de-Marn departamentində polis sərxoş şəxsi güllələyib.

Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, sərxoş şəxs xidmət aparan polis əməkdaşlarına oyuncaq silah tuşlayıb və onları təhdid edib.

Fransa Polisinin Baş Müfəttişliyi bildirir ki, polis nəfəri aqressiv şəxsə 3 dəfə atəş açsa da, onlardan yalnız biri hədəfə dəyib. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticə verməyib.

Fransa Polisinin Baş Müfəttişliyinin statistikasına görə, 2022-ci ildə polis əməkdaşları 38 nəfərin ölümünə səbəb olub. Bu şəxslərin 22-ci birbaşa odlu silahla öldürülüb.

Chosen
26
6
avtosfer.az

8Sources