EN

Boris Consondan müharibəni alovlandıracaq təklif - 500 milyard dollar...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya 500 milyard dollar kredit ayırmağa və ölkənin NATO-ya üzvlük tarixini təyin etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində Rusiya-Ukrayna münaqişəsinin 1000-ci günü ilə bağlı paylaşımında yazıb.

O, Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə vermək qərarını alqışlayıb, Böyük Britaniya və Fransanı da eyni addımı atmağa çağırıb. Conson həmçinin qeyd edib ki, Ukraynaya münaqişədə qalib gəlmək üçün 500 milyard dollar kredit vermək lazımdır.


Müəllif: Arzu
Chosen
35
teleqraf.com

1Sources