EN

Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq edilib

Avropa İttifaqı Şurası İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıq və Yaxın Şərq eləcə də Qırmızı dəniz bölgələrində silahlı qruplaşmalara dəstək verilməsinə cavab olaraq sanksiyaların genişləndirilməsinə qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının bazar ertəsi, noyabrın 18-də dərc olunmuş kommünikesində bildirilir.

Xəbərdə deyilir ki, tədbir İranın pilotsuz təyyarələri, raketləri və müvafiq texnologiyaların ötürülməsi üçün dəniz gəmiləri eləcə də və limanlardan istifadəni məhdudlaşdırmaq məqsədi daşıyır.

Yeni sanksiyalar çərçivəsində Avropa İttifaqından İrana raket və pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı üçün zəruri olan komponentlərin ixracı, ötürülməsi, tədarükü və satışına qadağa qoyulur.

Bundan əlavə, Avropa İttifaqı bir şəxsə və dörd təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Xüsusilə, bu, İran İslam Respublikası Dəniz Gəmiçiliyi Yolları (IRISL) və onun direktoru Mohammed Reze Khiabani, habelə Rusiyanın MG Flot, VTS-Broker və Arapax gəmiçilik şirkətlərinə aiddir.

Əli Babayev

Chosen
22
1
sesqazeti.az

2Sources