EN

Ov tüfəngindən açılan atəş nəticəsində 34 yaşlı kişi ÖLDÜ

Biləsuvarda silahla ehtiyatsızlıq ölümə səbəb olub.

Musavat.com-un xəbərinə görə, hadisə Biləsuvar rayonunun Ağalıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Mətləb Famil oğlu Nəhmədov yaşadıqları evdə ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

İlkin ehtimala əsasən, onun ölümünə səbəb olaraq ov tüfəngi ilə ehtiyatsız davranması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
84
7
musavat.com

10Sources