EN

ABŞ-nin raket təhdidinə cavab: Moskva Vaşinqtona adekvat və hiss olunan cavab vəd edir

"Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli raketlərdən mümkün istifadə etməsi Vaşinqtonun hərbi əməliyyatlarda birbaşa iştirakı sayılacaq. Bu halda Moskvanın cavabı adekvat və səs- küylü olacaq".

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə verilməsi ilə bağlı mövzunu şərh edərkən deyib.

“Kiyevin ərazimizə hücum etmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsi ABŞ və onun peyklərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı, eləcə də münaqişənin mahiyyətində köklü dəyişiklik deməkdir. Bu halda Rusiyanın cavabı adekvat və səsli- küylü olacaq”.

Zaxarova qeyd edib ki, yayılan məlumatların rəsmi mənbələrə əsaslandığı hələlik məlum deyil.

“Bir şey aydındır ki, Kiyev rejiminin məğlubiyyətləri fonunda onun Qərb himayədarları Rusiyaya qarşı hibrid müharibəsinin maksimum dərəcədə genişlənməsinə və xəyali məqsədə çatmağa çalışırlar. Yəni Moskvaya strateji məğlubiyyət gətirmək istəyirlər”,- Zaxarova bildirib.

O hesab edir ki, Ukrayna hərbçilərinin əlində olan heç bir “möcüzə silahı” müharibənin gedişatına təsir edə bilməz.

Noyabrın 17-də “The New York Times” qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden Ukraynaya Rusiyanı vurmaq üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib.

Ağ Ev Ukraynaya belə bir icazənin verilməsi ilə bağlı məlumatı təkzib və ya təsdiqləməkdən imtina edib.

ABŞ prezidenti icazə ilə bağlı suala da cavab verməyib. Almaniya hökuməti Vaşinqtonun Berlini belə bir icazə ilə bağlı məlumatlandırdığını bildirib. Lakin bildirilib ki, ABŞ-ın qərarı kansler Olaf Şolzun Ukraynaya TAURUS raketlərini verməkdən imtina etməsinə təsir etməyəcək.

 

Şahanə Rəhimli
Musavat.com

Chosen
44
50
musavat.com

10Sources