EN

Beynəlxalq təşkilatların ekoloji layihələri nə qədər şəffafdır? – TƏHLİL

Sivilizasiya çətin sınaq qarşısındadır. Antropegen təsirlər nəticəsində iqlim dəyişikliyi neqativ istiqamətdə inkişaf edir. Təsadüfi deyil ki, 1883-cü ildən 2023-cü ilə qədər sənayeləşmə və digər amillər hesabına dünyada havanın teperaturu 2,5-3 dərəcə yüksəlib. Bu gedişlə 2100-cü ildə havanın temperaturu daha 5 dərəcə artacaq. Nəticədə səhralaşma daha böyük miqyas alacaq, buzlaqlar əriyəcək, təbii fəlakətlərin sayı artacaq. Ən əsası isə milyonlarla insan və hətta ayrı-ayrı ölkələr ekoloji fəlakətin qurbanına çevriləcək.

Təəssüflə deməliyik ki, bu günün özündə belə vəziyyət ürək açan deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 8 milyon insan ekoloji amillər üzündən həyatını itirir.
 

MÖVZU İLƏ BAĞLI:

“Ekoaktivist”in ƏSL SİMASI – Erməni diasporu Qreta Tunberqi necə maliyyələşdirir? – FAKTLAR


Maraqlıdır ki, hazırda atmosferə ən çox karbon emissiyaları buraxan ölkələr dünyanın ən inkişaf edən dövlətləridir. Məsələn, Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton,  Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Yaponiya isə 1,170 milyard ton CO2 emissiyası buraxır.

Maraqlıdır ki, böyük dövlətlər iqlim dəyişikliyində daha çox pay sahibi olsalar da ona qarşı mübarizədə heç də aktiv deyillər. Əksinə, adını çəkdiyimiz və çəkmədiyimiz iri dövlətlər və müvafiq Beynəlxalq qurumlar iqlim dəyişikliyinə qarşı mübarizə adı ilə müxtəlif maliyyə maxinasiyaları həyata keçirir. Bir çox hallarda hətta kasıb dövlətləri bu layihələrdə oyuncaq edirlər. Məsələn, iri dövlətlər neçə ildir ki, öhdəlik götürüb ki, iqlim dəyişikliyi ilə mübarizə üçün kasıb dövlətlərə donorluq edəcək. Lakin uzun müzakirələr aparılsa da, ortada real bir şey yoxdur. Hətta Donald Tramp bu yaxınlarda bəyan etdi ki, ABŞ bu layihədən geri çəkiləcək.

Bütün bunlarsa onu göstərir ki, böyük dövlətlər atmosferi korlamaqda davam edəcək və bundan da iqtisadi dividendlər əldə etməyə çalışacaq.

Beynəlxalq təşkilatların ekoloji layihələri nə dərəcədə şəffafdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Beynəlxalq təşkilatlar, eləcə də beynəlxalq maliyyə qurumları ətraf mühitin qorunmasına, eləcə də dairəvi və yaşıl iqtisadiyyata ayırdıqları maliyyə vəsaitlərini əksər hallarda effektiv istifadə etmirlər:

“Deyək ki, hansısa az inkişaf etmiş ölkənin ucqar bir regionunda bu beynəlxalq təşkilat dəyəri bir milyon dollarlıq layihə icra edir. Layihə bitdikdən sonra baxırsan ki kəndlərdən birinə 30-40 min dollarlıq hansısa avadanlıq alıb veriblər, vəssalam.  Ya da ən yaxşı halda bu region 100 min dollarlıq real fayda görüb.

Yerdə qalan 900 min dollar isə həmin beynəlxalq təşkilatların öz əməkdaşlarına, onların təlim xərcləri, maarifləndirmə xərcləri, təyyarə xərcləri, hotel və istirahət xərcləri, əmək haqlarına edilən küllü miqdarda bonuslar və digər effektiv olmayan istiqamətlər üçün sərf edilir. Nəticədə sənədlərə baxırsan ki, filan beynəlxalq təşkilat 1 milyonluq ekoloji bir layihə icra edib, amma sonda ucqar bir kəndə 30-40 minlik bir texnoloji yenilik gətirilib, ya da bir avadanlıq alınıb verilir”.

Müsahibimiz hesab edir ki, bu gün iqlim dəyişikliklərinə qarşı effektiv mübarizə aparmaq üçün yaradılacaq beynəlxalq maliyyə təsisatlarının iqlim xərclərinin istiqamətləri tam yeni prinsiplər əsasında formalaşmalıdır:

“Yoxsa, dünya ölkələri bu fondalara lazım olan 2 trilyon dolları yığa bilsə də, onun səmərəli istifadəsi sual altında qalacaq. Maliyyənin xərc tərəfində yaranan qaranlıq suallar isə həmişə sonda nəticənin “kürəyində oturub”, onu torpağa basdırır”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
93
bizim.media

1Sources