EN

Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı

İndi Kiyevə boş söhbətlər, mənasız telefon danışıqları yox, konkret fəaliyyət lazımdır

Kəskin siyasi böhran yaşayan Almaniyanın kansleri Olaf Şolts bir neçə gün əvvəl Rusiya diktatoru Vladimir Putinlə telefon danışığı aparıb. Almaniyanın “kanslerin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini pislədiyini”, “qoşunların çıxarılmasına və danışıqlara” çağırışını qeyd etmələrinə və “Almaniya lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyini” bildirməsinə baxmayaraq, bu, Ukraynada az qala xəyanət kimi qəbul edilib. Ancaq belə bir söhbətin niyə indi baş verdiyini və bunun aktual olub-olmadığını anlamaq lazımdır.

Subyektiv nöqteyi-nəzərdən unutmaq olmaz ki, Şolts böyük ehtimalla öz vəzifəsini tərk edir. Almaniyada seçkilər olacaq və ola bilsin ki, oradakı bəzi seçkiqabağı debatlarda Ukrayna mövzusundan istifadə olunsun. Və cənab Şolts kifayət qədər ehtiyatlı mövqe tutur.

Obyektiv nöqteyi-nəzərdən düşünürəm ki, bu telefon zəngi bir növ pis, “pis polis” oyunudur və burada Olaf Şolts bu rolu oynayır. Güman etmək olar ki, G7-də ona Kremldəki vəziyyətin dəyişib-dəyişmədiyini öyrənmək tapşırılıb. Təbii ki,ABŞ-da Donald Tramp administrasiyasının mövqeyinin əvvəlkindən daha sərt olduğunu deyən Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatları nəzərə alınmaqla...

Putin bu söhbətin mediada açıq şəkildə işıqlandırılmasına icazə verdi, çünki bu, onun üçün Şoltsla müqayisədə özünü “sərt oğlan” kimi nümayiş etdirmək imkanıdır. Unutmaq olmaz ki, rus diktatoru yalnız ABŞ-ı özünə rəqib hesab edir. Və məncə, Şolts Putindən Ukraynanın niyə təslim olması haqqında başqa bir mühazirə dinlədi.

Bunu nəzərə alaraq, inanıram ki, hər kəs xəstənin sağalmadığı qənaətinə gəlib.

Bu məsələdə məntiq belədir: ruslarla belə danışmaq olar - əvvəlcə raketlərlə vur, sonra zəng et. Çünki ruslar, xüsusən də Putin telefonla istənilən söhbəti zəiflik əlaməti hesab edir. Yəni bu halda daha az danışmağa, amma Ukraynanı daha çox silahla təmin etməyə, nəhayət, Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbə endirilməsinə imkan vermək lazımdır.

Həmçinin, Ukrayna lideri Volodimir Zelenskinin sözlərinə görə, indi Putinlə başqa söhbətlər, ona başqaları tərəfindən də zənglər ola bilər. Bu mövzuda Ukrayna Prezidenti ilə razıyam. Sabah Fransa Prezidenti Emmanuel Makron Rusiya diktatoruna zəng etdə, təəccüblü olmayacaq... Ukrayna liderinin də qorxusu, çox güman ki, yenə də boş söhbətlərlə konkret hərəkətləri ört-basdır edəcəkləridir.

Hər kəs yalnız güclü fəaliyyəti təqlid edəcək. Amma indi bizə - Kiyevə boş söhbətlər, mənasız telefon danışıqları yox, konkret fəaliyyət lazımdır. Bu kontekstdəki hərəkətlərimizə gəlincə, ümid edirəm ki, lazım olan yerlərə Ukrayna raketləri və pilotsuz təyyarələri tərəfindən zərbələr endiriləcək. Və Rusiya Federasiyasındakı neft emalı zavodları və aerodromlar yanmağa davam edəcək.

Müəllif: Taras Zaqorodnıy – Ukrayna Milli Antiböhran Qrupunun idarəedici partnyoru.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Chosen
44
turkustan.az

1Sources