EN

Kafedə tanışını döyən şəxsə elektron qolbaq taxıldı

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fəxrəddin Fərəcovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 
Məhkəmənin hökmü ilə ona 10 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. 

 

İttihama görə, hadisə 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Kanalüstü” adlı kafenin zalında qeydə alınıb.

 

Belə ki, Fəxrəddin Fərəcov tanışı, zərərçəkmiş Vüsal Hacıyevlə (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin guya onu təhqir etməsi olub. Bu zaman o, Vüsalın sifət nahiyəsindən qəsdən yumruqla vuraraq ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Fəxrəddin Fərəcov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 19 Noyabr 2024, 08:49   
Chosen
28
pravda.az

1Sources