EN

“Rafet istəyirdi ki, adı mənimlə hallansın” - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva sənət fəaliyyəti ilə bağlı açıqlama verib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” proqramında danışıb.
 
O bildirib ki, gələn hər təklifi dəyərləndirmir:
 
“Aparıcılıq sevdasından vaz keçmişəm. Məndən qorxurlar. Qiymət məsələsinə görə çəkinirlər. Anlamırlar ki, siz məni tanınmışlığıma görə çəkirsiniz, oradan gələn reytinqdən pul qazanmaq istəyirsiniz. Onda mən də qazanmalıyam axı. Məsəl üçün, mənə 1000-2000, 3000-5000 manat təklif edirlər, razılaşmıramsa, gedib o qiymətə tanınmayan başqa aktrisayla danışırlar. Onun da efekti olmur. Oyun baxımından yox, reklam baxımından efekti olmur. O ki qaldi Türkiyədə fəaliyyətə... Məsələn, Nəsrin Cavadzadənin müsbəti ondadır ki, o, Türkiyədə böyüyüb. Ona orada yaşamaq rahatdır. Mən orada təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə təklifdə olan bəzi maddələr məni qorxudub. Hansı ki, onların qanunlarıdır. Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən. Mən də azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan. Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır.
 
Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi. Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi. Mən sevmirəm elə şeyləri. Əgər doğrudan münasibət varsa, üzə çıxacaq. Yalandan camaata başqa cür göstərim, pul verim ki, guya sevgiliyik... Yox”.
Chosen
24
10
moderator.az

10Sources