EN

"10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiya aktıdır"

QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov bildirib. O, qeyd edib ki, 10 noyabr tarixli Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bu, bir kapitulyasiya aktı idi.

Sadiq Qurbanov vurğulayıb ki, təsadüfi deyil ki, Azərbaycan bu bəyanata qalib kimi gəlib, bayrağını qaldırıb və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. "Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqların əhəmiyyəti olmadı. Biz gördük ki, yalnız öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöküb, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq", – deyə Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd etmişdir.

Chosen
21
qht.az

1Sources