EN

Xüsusi təyinatlılar Tiflisdə mərkəzində etirazçıların çadır düşərgəsini dağıtdı

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri bir gün əvvəl Tiflisdə dövlət universitetinin binası yaxınlığındakı prospekt boyu çadırlarla hərəkəti kəsən etirazçıları dağıdıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi” telekanalı məlumat yayıb. 

Etirazçılarla polis arasında toqquşmalar başlayıb, bir neçə nəfərin həbs olunduğu bildirilir.

Xüsusi təyinatlılar binanın yaxınlığında qurulmuş barrikadaları söküb və nümayişçilərin yolları bağlamaq üçün istifadə etdiyi avtomobillərin təxliyyəsini koordinasiya edib. Belə ki, asayiş keşikçiləri Çavçavadze prospektini tamamilə təmizləyərək nümayişçiləri yaxınlıqdakı Melikişvili prospektinə sıxışdırıblar. Müxalifət liderləri də oradadırlar, lakin vəziyyətlə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, noyabrın 18-nə keçən gecə müxalifətçi Nika Qvaramiyanın rəhbərlik etdiyi Dəyişiklik Koalisiyasının fəalları dövlət universitetinin binası yaxınlığında 30-a yaxın çadır qurublar. Onlar saxta hesab etdikləri parlament seçkilərinin nəticələrinin ləğvi uğrunda mübarizənin yeni mərhələsinə keçdiklərini bəyan ediblər.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Onların nəticələrinə görə, hakim Gürcü Arzusu Partiyası 89 mandat (53,93%), Dəyişikliklər Koalisiyası 19 mandat (11,03%), Vahid Milli Hərəkat 16 mandat (10,17%), Güclü Gürcüstan 14 mandat ( 8,81%), Gürcüstan Naminə 12 mandat (7,78%) qazanıb. Ölkə prezidenti Salome Zurabişvili seçki saxtakarlığı ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət verməyi planlaşdırır. Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, Aİ seçkilərdə mümkün pozuntuları araşdırmaq üçün Gürcüstana missiya göndərmək istəyir.

Nizami Bağırov
Chosen
14
1
qaynarinfo.az

2Sources