EN

Rusiya MN: Ukrayna ordusunun itkiləri 900 mini ötdü- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevral 2022-ci ildən etibarən Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgəsindəki itkiləri 906,5 min nəfəri keçib. 

Hesablamala əsasən, 2024-cü ildə Ukrayna qüvvələrinin itkiləri əvvəlki iki ilin cəmi itkilərindən çox olub.

Rusiya Müdafiə Nazirliyi fevral ayında, Ukrayna ordusunun döyüşlərdə 444 mindən çox itki verdiyini açıqlamışdı. Son hesabatlara görə, bu rəqəmlərə əlavə olaraq 462,5 min nəfər də yaralanıb və həlak olub.

Kursk sərhəd bölgəsində baş verən döyüşlərdə isə Ukrayna tərəfinin 33 min hərbçi itirdiyi bildirilir. İsveçrə Ordusunun istefada olan polkovniki Jak Bo, Ukraynanın geri çəkilmək istəməməsinin böyük itkilərə səbəb olduğunu vurğulayıb. Həmçinin, minə yaxın ukraynalı hərbçinin mühasirəyə düşdüyü və bir neçə gün əvvəl 180 hərbçinin zərərsizləşdirildiyi məlum olub. ABŞ-nin keçmiş dəniz piyadası Brayan Berletik, məcburi səfərbərliyin Ukrayna ordusunun ağır itkilərə səbəb olduğunu qeyd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
olaylar.az

1Sources