EN

Yaponiya atəşkəsə çağırır

Yaponiyanın BMT-dəki (BMT) daimi nümayəndəsi Yamazaki Kazuyuki Qəzza zolağındakı bütün tərəfləri dərhal atəşkəsi qəbul etməyə çağırıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında yüksək səviyyəli iştirakla “Yaxın Şərq” mövzusunda sessiya keçirilib.

Yaponiyanın BMT-dəki Daimi Nümayəndəsi Kazuyuki burada etdiyi çıxışda Qəzzada yaşanan dağıntıları, on minlərlə günahsız dinc insanın öldürüldüyünü və yaralandığını, milyonlarla insanın ölkə daxilində didərgin düşdüyünü ifadə etməyə söz tapa bilmədiklərini ifadə edib.

Nuriyyə Musayeva

Chosen
10
bakivaxti.az

1Sources