EN

Soyuq havalarda necə geyinməliyik?

Qışda dəbli olmağın yolları var!

Turkustan.az soyuq havada sizi isti saxlayacaq kombin təkliflərini təqdim edir.

Qalın sviterlər yerinə 2-3 qat nazik paltar geyinin.

Ağzınızı, burnunuzu və boğazınızı şərflə bağlayın Şərfin ən əhəmiyyətli faydası tənəffüs yolu ilə keçən mikroblara qarşı maneə yaradaraq bizi soyuqdəymə, qrip, bronxit və pnevmoniya kimi tənəffüs yolu infeksiyalarına qarşı qorumasıdır. Şərf həm də bədənimizlə xarici mühit arasındakı temperatur fərqinin qarşısını alaraq bədən müqavimətimizin azalmasının qarşısını ala bilər.

Başınızı şapkavə ya papaq ilə örtün. Şapka və ya papaq bizi baş və qulaq nahiyəsində soyuqdəymə nəticəsində tutula biləcəyimiz sinüzit kimi xəstəliklərdən qoruya bilər.

Mütləq köynəklərin altından atlet geyinin.Qışda alt köynək geyinməməklə mühüm səhv edirik. Ancaq alt paltarı geyinmədiyimiz zaman tərimiz sovrula bilmir. Bununla belə, yun və pambıq alt köynəklərdən qaçınmaq daha yaxşıdır, çünki onlar sizi daha çox tərlədir və təri bədəndən çıxara bilmir.

Tünd rənglərə üstünlük verin Qış aylarında tünd rəngli paltarlar geyinməyə diqqət edin. Çünki tünd rənglər günəş işığını çəkmək və saxlamaq qabiliyyətinə malikdir. Nəticədə soyuq qış aylarında bədənimizi daha isti saxlaya bilir.

Keyfiyyətli paltolar soyuq havada sizi isti saxlayacaq və üslubunuzu tamamlayacaq. Uzun, klassik kəsilmiş palto həmişə dəbli seçimdir.

Yumşaq, qalın sviterlər və qaz tüklü gödəkçələr soyuq günlərdə həm isti, həm də qəşəng görünməyə kömək edir. Böyük ölçülü sviterləri dar şalvarla birləşdirərək balanslaşdırılmış kombin yarada bilərsiniz.

Papaqlar, şərflər və əlcəklər kimi aksesuarlar isti qalmağınıza və geyiminizə zəriflik qatmağınıza kömək edir.

Dizdən yuxarı çəkmələr və ya qalın dabanlı çəkmələr ayaqlarınızı isti saxlayır və soyuq havada dəbli görünüş verir. Çəkmənizə uyğun rəngdə corablarınızı seçərək zərifliyi tamamlaya bilərsiniz.

Parça seçimi kimi isə kaşmir, yun və dəri kimi isti parçalar seçə bilərsiniz. Bundan əlavə, astarlı paltar sizi soyuqdan qorumağa kömək edir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
30
turkustan.az

1Sources