EN

"Qiyməti 1200-1500 manatdır, istərdim, sığorta hesabına qarşılansın"

Növbəti ildə səhiyyə sahəsinə 2 milyard manat vəsaitin ayrılmasının nəzərdə tutulması, İcbari Tibbi Sığorta Agentliyinə pulsuz tibbi xidmət zərfi paketinin genişləndirilməsinə və keyfiyyətli tibbi xidmət imkanı verəcək.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlament komitələrinin birgə iclasında 2025-ci il büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, əhali artıq İcbari Tibbi Sığorta Agentliyinin fəaliyətindən razılıq edir. “Artıq icbari tibbi sığorta nəticəsində ən mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir. 

Növbəti ildən etibarən xəstələr ambulator müalicə, yəni evdə müalicə alarkən lazım olan dərman vasitələri ilə təmin ediləcək. Hansı ki, indiyədək ambulator şəraitdə müalicə alan xəstələr belə bir imkandan istifadə edə bilmirdilər”, - deputat qeyd edib.

O əlavə edib ki, insanlar bütün tibbi müayinələrdən pulsuz keçsə də, son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan, xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyasının (PET) müayinə üsulu icbari tibbi sığorta təminatına alınmayıb. “Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. İstərdim ki, bu müayinə üsulunun gələcəkdə icbari tibbi sığorta hesabına qarşılanması təmin edilsin”, - deputat bildirib.

Mürtəza
Ölkə.Az

Chosen
22
45
olke.az

10Sources