"Bunlar düşmən xətlərinin 30-40 km arxasında yerləşən hədəfləri vurmağa qadir olan pilotsuz təyyarələrdir", - o, deyib.
Nazir iddia edib ki, pilotsuz təyyarələr elektron müharibənin öhdəsindən gəlməyə qadirdir.
Bild qəzeti mənbələrə istinadən xəbər verir ki, Almaniya dekabrda Kiyevə elektron müharibə imkanlarına davamlı Helsing adlı yüksək texnologiyalı hücum dronları tədarük etməyə başlayacaq. Hər ay bir neçə yüz olmaqla ümumilikdə 4000 süni intellektlə işləyən dronların ötürülməsi planlaşdırılır. Təyyarə Almaniyanın "Taurus" qanadlı raketlərinə istinad edərək "mini-Buğa" adlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31