EN

Qarabağın baş tacında "canlı" Şuşa

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış Proqramı" intensiv qaydada icra edilir.

Oxu.Az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, komitə işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"a həsr olunmuş növbəti fləş-mob təşkil edib. Fləş-mobda Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Doğma yurda qayıdışın sevincini yaşayan uşaqlar birlikdə "Şuşa" sözünü "canlandırıblar". Fləş-mob haqqında hazırlanmış videoçarxı təqdim edirik:

Mənbə: oxu.az

Chosen
38
5
oxu.az

9Sources