EN

“Unibank” müştərilərinin kreditləri Monakodakı QUMAR MASALARINDA – İDDİA

“Unibank”ın 1 milyona yaxın müştərisi var. Əksəriyyət kredit götürmüş və həyatını bir növ kreditə xərcləyən insanlardır. Sizin ödədiyiniz kreditlərlə “Unibank”ın rəhbəri Fransada dəbdəbəli mülk alır, oğlu isə Karib adalarında və Monakodakı (Monte Karlo) kazinolarda qumar oynayır”.

Yenicag.az xəbər verir ki, bu iddia ilə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib.

O, özünün “Facebook” hesabında yazaraq bildirib ki, Eldar Qəribov “Unibank”ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, Malta vətəndaşlığı var və Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı – “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub.

Jurnalist əlavə edib ki, Azərbaycanla Fransa arasında dərin çatlar bankirin bu ölkədəki lüksünə təsir göstərməyib və onun dəyəri bir neçə milyon avro olan “Floriana” adlı sevimli villası və əmlak şirkəti “siyasətə qarışmır”.

Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq, 91 faizə yüksəldib. Bu işdə ona yaxın dostu, Fransanın Nitsa şəhərində qapı qonşusu olan iş adamı Bəylər Məmmədov kömək edir. Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu – red.) Maltada təsis etdiyi “LENSTOR ENTERPRISES LTD” şirkəti üzərindən Lüksemburqda sahib olduğu “Canley Finance SA” maliyyə şirkəti vasitəsilə bankın səhmlərinin 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satır. Yəni sol əli boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb”, – o, söyləyib.

C. Həsənli həmçinin onu da vurğulayıb ki, E. Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan “əli yaxşı gətirmiş” qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir:

“O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar. “Poker News”un məlumatına görə bankirin oğlu o zaman 25 min “stavka” ilə 1.105.040 dollar və bir ədəd lüks “Style” saatı udub. O vaxtdan Eldar Qəribov oğlunu qumardan ayıra bilməyib”.

Chosen
19
8
busaat.az

10Sources