EN

Rusiya bu dövlətlərə qarşı nüvə çəkindirmə siyasəti həyata keçirəcək – ÖZƏL

Rusiya Federasiyası, öz ərazisini və resurslarını Rusiya əleyhinə təcavüz üçün təmin edən dövlətlərə qarşı nüvə çəkindirmə siyasəti həyata keçirəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə prezident Vladimir Putin tərəfindən imzalanmış yenilənmiş nüvə doktrinasında qeyd olunub.

"Rusiya Federasiyasına qarşı təcavüzün hazırlanması və həyata keçirilməsi üçün nəzarət etdikləri ərazini, hava və ya dəniz məkanını və resurslarını təmin edən dövlətlərə qarşı da nüvə çəkindirmə tədbirləri görüləcək," - deyə dövlət başçısının fərmanında bildirilir.

Qeyd edək ki, Putin yeni hərbi risklərin ortaya çıxması səbəbindən ölkənin nüvə doktrinasını yeniləyib. Yenilənmiş doktrinada nüvə çəkindirməsinin tətbiq olunduğu dövlətlər və hərbi ittifaqların kateqoriyası genişləndirilib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə yeni doktrinanı şərh edərək bildirib ki, NATO raketlərinin istifadəsi artıq Rusiya əleyhinə hücum kimi qiymətləndirilə bilər. Bu isə Rusiyaya kütləvi qırğın silahları ilə Kiyevə və Şimali Atlantika alyansının əsas obyektlərinə, harada yerləşməsindən asılı olmayaraq, cavab vermək hüququ verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources