EN

"İqlim dəyişikliyi ilə mübarizə təcili və inklüziv tədbirlər tələb edir"

"Beynəlxalq ictimaiyyət planetin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) kritik bir məqamda toplaşıb".

Publika.az xəbər verir ki, bunu Avstriyanın iqlimin mühafizəsi, ətraf mühit, enerji, innovasiya və texnologiyalar naziri Leonora Gevessler COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib:

"İqlim dəyişikliyi ilə mübarizə təcili və inklüziv tədbirlər tələb edir. İqlim maliyyəsinin Yeni Kollektiv Kəmiyyət Hədəfi Bakıda COP29-da həll edilməli olan məsələlər paketinin mərkəzi hissəsidir. İqlim maliyyəsinin məqsədi inkişaf etməkdə olan ölkələrə transformasiya və iqlim dəyişikliyinin məhvedici nəticələri ilə mübarizədə dəstək verməkdir".

Chosen
7
1
publika.az

8Sources