EN

İqlimə Davamlı Kənd Təsərrüfatı Təcrübələrinin Təkmilləşdirilməsi üzrə Yüksək Səviyyəli Nazirlər Görüşü keçirilib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində “Mavi zona”da fəaliyyət göstərən Azərbaycanpavilyonunda İqlimə Davamlı Kənd Təsərrüfatı TəcrübələrininTəkmilləşdirilməsi üzrə Yüksək Səviyyəli Nazirlər Görüşükeçirilib.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilənpanel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə RegionalNümayəndəsi Viorel Gutu edib.

Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun MəmmədovAzərbayanda iqlimə davamlı kənd təsərrüfatının inkişaf etdirilməsiistiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Nazir bildirib ki, müxtəlif iqlim şəraiti, məhdud su ehtiyatlarıvə Qarabağda yeni azad edilmiş torpaqların bərpası ilə bağlılayihələrin icrası ilə yanaşı, aqrar sahədə innovasiyalarıntətbiqinə, bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi önəmverilir.

Azərbaycanın iqlimə davamlılıq üzrə siyasət çərçivəsi torpaq vəsu ehtiyatlarının davamlı və düzgün idarə olunmasını ehtiva edir.Bildirilib ki, Azərbaycan hökuməti iqlimə davamlı kənd təsərrüfatıtəcrübələri vasitəsilə iqlim risklərini azaltmağa və suresurslarının səmərəliliyini artırmağa xüsusi önəm verir.İrriqasiya sistemlərinin müasirləşdirilməsi və quraq bölgələrdəsuyun səmərəli idarə edilməsi mühüm əhəmiyyət kəsb edir.Azərbaycanda fermerlərin fəaliyyəti hərtərəfli dəstəklənir.Subsidiya proqramları, aşağı faizli kreditlər və investisiyaqrantları fermerlərə iqlimə davamlı təcrübələrə keçmək, yenitexnologiyalar qəbul etmək, məhsuldarlığı artırmaq və ətraf mühitətəsirləri azaltmaq imkanı verir: “Bu səylər fermerlərimizin bugünün çağırışlarına cavab vermək və sabahkı imkanlardan istifadəetmək üçün təchiz olunmasını təmin edir”.

Tədbirdə çıxış edən Uruqvayın kənd təsərrüfatı və heyvandarlıqnaziri Fernando Mattos Kosta bildirib ki, iqlim dəyişikliyi fonundaməhdud torpaq və su resursları kənd təsərrüfatı məhsullarınınistehsalı prosesinə təzyiq edir. Kiçik fermer təsərrüfatlarınıninkişafının vacib olduğunu deyən uruqvaylı nazir bu istiqamətdəkənd təsərrüfatı istehsalçılarına hərtərəfli və lazımı dəstəyinvacib olduğunu vurğulayıb.

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirinin müaviniƏhməd Bağçı ölkəsində iqlim davamlılığını dəstəkləyən siyasətçərçivələri barədə məlumat verib. O, müxtəlif ölkələrdə ərzaqtəhlükəsizliyinin təmini üçün kənd təsərrüfatı texnologiyasındayeniliklər, davamlı torpaq və su idarəetmə təcrübələriistiqamətində beynəlxalq əməkdaşlığın mühüm olduğunuvurğulayıb.

Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini ErmekKenzhehanuly ölkəsində müasir texnologiyalar əsasında dayanıqlıkənd təsərrüfatının qurulmasına xüsusi önəm verildiyini diqqətəçatdırıb. Bildirilib ki, kənd təsərrüfatının müasir və rəqəmsalkənd təsərrüfatına çevrilməsi prosesində olan Qazaxıstan kəndyerlərini inkişaf etdirmək və onları dəyər zəncirinə inteqrasiyaetmək üçün rəqəmsal texnologiyalardan yararlanır.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

İqlimə
İqlimə
İqlimə
İqlimə
İqlimə
İqlimə
İqlimə
Məqalədə:
Chosen
28
3
az.trend.az

3Sources