EN

Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində alətə çevrilib - Qərbi Azərbaycan İcması

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Avropa Şurasının Milli AzlıqlarınMüdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindənicrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş vəmandatından kənara çıxan Beşinci Rəyini qınayır.

Trend xəbər verir ki, bubarədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşıhəyata keçirilmiş etnik təmizləmə, mədəni irsin dağıdılması vəqayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasınınsözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandanibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruzqoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdədəstəkləyici davranış nümayiş etdirir.

"Xüsusilə, Ermənistandan zorla çıxarılmış azərbaycanlılarınqayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun,indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışmasıetnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Ermənistanın insanhüquqları sahəsində Avropa Şurası çərçivəsində, o cümlədən Avropaİnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrəÇərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin yerinəyetirilməsini monitorinq predmetinə çevirmək barədə Şurayadəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.

Bundan başqa, rəyin məhz indi açıqlanması onu göstərir ki,Məşvərət Komitəsi “Freedom House” kimi qondarma qurumlar, FrankPallone kimi korrupsioner siyasətçilər kimi COP29 kontekstində dahada güclənən anti-Azərbaycan kampaniyasına qoşulub.

Bütün bunlar isə ona dəlalət edir ki, başda ParlamentAssambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzidairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətəçevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının NazirlərKomitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşıqəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə sonqoymağı tələb edir", - icmadan bildirilib.

Chosen
28
9
az.trend.az

10Sources