EN

Növbəti oyun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçiriləcək

I Liqada çıxış edən "İmişli" komandası növbəti ev oyununu Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirəcək. Bu barədə SİA-ya Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov məlumat verib.

O, sözügedən arenaya PFL tərəfindən geniştərkibli baxış həyata keçirildiyini bildirib:

"Stadionun ot örtüyü futbol oynamaq üçün yaxşı vəziyyətə gətirilib. Bununla əlaqədar olaraq "İmişli" klubuna təşəkkür edirik. Futbol oynamaq üçün isə yalnız ot örtüyü kifayət etmir. Burada otaqların da daha yaxşı vəziyyətə gətirilməsi lazımdır. Əvvəlcədən olan qeydlər üzrə müvafiq işlər həyata keçirilməkdədir. Proses hələ də davam edir. 2-3 gün ərzində bu işlərin tam yekunlaşması nəzərdə tutulur".

PFL rəsmisi prosesi diqqətfə saxladıqlarını vurğulayıb:

"Qlobal problemin ortaya çıxacağını düşünmürük. Çünki hazırda iş davam edir və bir neçə gün lazımdır ki, bu məsələlər aradan qalxsın. Amma istənilən halda PFL bunu diqqətdə saxlayacaq. Hər hansı qlobal bir şey ortaya çıxmasa, "İmişli" növbəti ev oyununu doğma meydanda keçirəcək. Bununla bağlı əlavə məlumat veriləcək".

Qeyd edək ki, "İmişli" I Liqanın VIII turunda "Qaradağ Lökbatan"ı qəbul edəcək. Qarşılaşma 27, 28 və ya 29 noyabrda təşkil olunacaq.

Chosen
17
sia.az

1Sources