EN

Səhiyyə naziri “TikTok”un vitse-prezidenti ilə görüşüb

MT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev “TikTok” şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı “TikTok” Platformasının davamlı olaraq qlobal icması arasında davamlılıq mövzusunda məlumatlılığı artırmaq və iqlim savadlılığını yüksəltmək öhdəliyinə sadiq olduğu qeyd olunub.

Bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərin bir hissəsi olaraq və Azərbaycanda keçirilən COP29 konfransı çərçivəsində TikTok #ClimateAction 2024 kampaniyasına start verib.

Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub.

Chosen
41
4
bakivaxti.az

10Sources