EN

Bu ölkədən Azərbaycana turist axını 2 dəfədən çox artdı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 2 milyon 209,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yenicag.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, gələnlərin 28,5%-i Rusiya, 16,2%-i Türkiyə, 9,1%-i Hindistan, 8,0%-i İran, 4,1%-i Gürcüstan, 4%-i Səudiyyə Ərəbistanı, 3,3%-i Qazaxıstan, 3-%i Pakistan, hər birindən 1,7% olmaqla Çin və Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Türkmənistan və İsrail, hər birindən 1% olmaqla Oman və Belarus, 11,7%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8%-ini kişilər, 33,2%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətən Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Çindən – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,5 dəfə, Qazaxıstandan – 1,5 dəfə, Pakistandan – 1,5 dəfə, Omandan – 49%, İordaniyadan – 40%, Polşadan – 35,5%, İrandan – 33,2%, İtaliyadan – 32,4%, Türkmənistandan – 30,2%, Səudiyyə Ərəbistanından – 27 %, Yəməndən – 26,2%, Niderlanddan – 21,7%, Almaniyadan – 21,3%, ABŞ-dan – 20,7 %, Misirdən – 20%, Özbəkistandan – 19,5%, Rusiyadan – 19%, Ukraynadan – 17%, Tacikistandan – 16,7%, Türkiyədən – 15,8%, Fransadan – 14,6%, Küveytdən – 12,1%, Böyük Britaniyadan – 11,4%, Moldovadan – 10,6% artıb.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8% artaraq 94 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3% artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9% artaraq 837,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1%-i hava, 22,6%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

Chosen
33
50
yenicag.az

10Sources