Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, bu tədbirlə Azərbaycan kiçik dövlətlərə öz mövqeyini ifadə etməsi üçün şans yaratmış oldu:

“Digər COP-larda bu gözlənilmirdi, əsasən, böyük dövlətlərin diqtəsi ilə qərarlar qəbul edilirdi. Azərbaycanın dəstəyi ilə kiçik dövlətlər COP29-da səslərini dünyaya çatdıra bildi. Bu da Azərbaycanın öz üzərinə götürdüyü humanitar missiya ilə əlaqədardır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə də kiçik dövlətlərin hüquqlarının qorunması istiqamətində çox ciddi tədbirlər həyata keçirildi. Fransanın neokolonializm siyasəti ilə bağlı həyata keçirilən tədbirlər buna misaldır. Ümumilikdə, COP29 bu günə qədər keçirilən COP-ların ən möhtəşəmidir və bir daha Azərbaycanın gücünü, inkişafını və bu cür tədbirlər üçün nə qədər əlverişli məkan olduğunu bütün dünyaya göstərdi”.
Törə Zeynallı
Demokrat.az