EN

Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR - RƏSMİ

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər edəcək.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

 

Məlumatı Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiqləyib.

 

Berbokun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşü gözlənilir.

Chosen
16
37
modern.az

10Sources