EN

Soyuq olmasa belə, daima üşüyənlər- MÜTLƏQ OXUYUN!

Hava çox soyuq olmasa belə, daima üşüyənlərin nəzərinə...

Turkustan.az xəbər verir ki, daim üşümək çox təhlükəli xəstəliklərin çarçısı ola bilər. Mütəxəssislər qeyd edirlər ki, daima üşümək bədəndə müxtəlif xəstəliklərin əlaməti ola bilər.

Davamlı olaraq “çox üşümüşəm” deyə şikayət edən insanlara məsləhətlər verən mütəxəssislər, üşüməyin orqanizmdə müxtəlif xəstəliklərin əlaməti ola biləcəyinə diqqət çəkirlər. Xəstəliklərin qarşısını almaq üçün testlər aparmaq və çatışmayan vitaminləri qəbul etmək vacibdir.

Hava temperaturunun enməyə başladığı bu günlərdə “üşüyürəm” şikayətləri artmağa başlasa da, bəzi vətəndaşlar termal, yun və ya qalın paltar geyinərək tədbir görməyə çalışır. Mütəxəssislər bu şikayətin orqanizmdə bəzi vitaminlərin çatışmazlığından qaynaqlanan xəstəliklərin əlaməti ola biləcəyinə diqqət çəkirlər.

Üşüyən insanlarda xüsusilə qış aylarının başlaması ilə qrip infeksiyaları, bədəndə iltihablar, soyuqdəymə, qrip və bronxit kimi xəstəliklər yarana bilər. Onlara simptomatik müalicə edildikdə qızdırma ilə birlikdə soyuqluğun təsiri də aradan qalxacaq.

Ancaq bunları etdikdən sonra belə üşümə davam edərsə, mütləq əlavə müayinələr və araşdırmalar aparılmalı və səbəbləri daha dərindən öyrənilməlidir".

Aytən Yaşar/ Turkustan.az

Chosen
37
turkustan.az

1Sources